Lerik rayonu Monidigah kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Lerik rayonu Monidigah kənd məscidiMəscid Lerik rayonunun Monidigah kəndi ərazisində yerləşir. İbadətgah 1979-cu ildə inşa olunub.

İbadət evinin tutumu 80 nəfər təşkil edir. Məscidin tavanı taxtadan, damı isə şiferdəndir. İbadətgahın damında dördkünc günbəz yerləşir və onun damı şiferlə örtülüb.

Monidigah kəndində ilk məscid XIX əsrin sonlarında tikilmişdir. Lakin uzun zaman sonra ibadətgah yararsız hala düşdüyündən sökülmüş və yerində yeni məscid inşa edilmişdir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.