Məscid Lerik rayonunun Mondigah kəndində yerləşir. İbadətgah XIX əsrin sonlarında tikilib.
Məscid dördbucaqlı formadadır və eyni formaya malik beş ədəd pəncərəsi var. İbadət evinin dam örtüsü şiferdəndir, tavanı isə taxtadandır. Məscidin dördkünc günbəzi var. Günbəzin üstü də həmçinin şiferdəndir.
Sovet dövründə məscid anbar kimi istifadə olunub. Yararsız vəziyyətə düşən məscid 1979-cu ildə sökülüb və yenidən tikilib. Köhnə məscidin günbəzi olmadığından yeni tikilən məsciddə günbəz inşa olunub.
Mənbələr:
- Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası. Bakı – 2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı – 2020.