Lerik rayonu Molalan kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Molalan kəndi ərazisində yerləşir.

İbadət evinin tutumu 80 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır. İbadətgahın tavanı isə fanerdən, damı isə şiferdəndir. İbadət evinin ön tərəfində taxta pəncərələr və bir giriş qapısı var. Məscidin giriş hissəsində yağışdan qorunmaq üçün on taxta dirəkdən dam artırılıb.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.