Lerik rayonu Mir Siyab ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lerik rayonunun Rəzgov kəndində yerləşir. Ziyarətgahın inşa tarixi XVI-XVII əsrlərə aid edilir. Buraya, həmçinin “Bəhri Siyab” da deyirlər.

Fransız alim, arxeoloq və səyyah Morqan Jak Jan Mari De Mir Siyab türbəsi haqqında məlumat verib: “Bəhri Siyab türbəsi Rəzgöv kəndinin ərazisində yerləşir. Türbə Bəhri Siyab adında bir din xadiminin adı ilə bağlıdır. Bəhri Siyab türbəsinin ərazisində orta əsrlərə aid qəbiristanlıq da vardır. Bu qəbiristanlıqda 2 daş qoç heykəl vardır. Bu daş qoç heykəllərə əsasən, Bəhri Siyab türbəsinin XVI-XVII əsrlərə aid etmək olar”.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. https://aqreqator.az