Lerik rayonu Lüləkəran kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Lerik rayonu Lüləkəran kənd məscidiMəscid Lerik rayonunun Lüləkəran kəndinin ərazisində yerləşir. İbadət evinin inşası XIX əsrə aid edilir. Məscidin inşa tarixi çöldəki divarın üzərində olan lövhədə qeyd olunub.

İbadət evi düzbucaq formadadır. İbadətgahın binası kərpicdən tikilib, damı isə şiferlə örtülüb. İbadət zalının tavanı fanerlə işlənib. Məscidin daxili iki hissəyə bölünüb: kişi və qadın şöbələrinə. Bu şöbələr parça arakəsmə ilə ayırılıb.

Sovet dövründə məscid anbar kimi istifadə olunub. 1994-cü ildə ibadətgah sökülərək, yenidən tikilib. Tikinti işlərində əvvəlki binanın materiallarından istifadə edilib.

Lerik rayonu Lüləkəran kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. http://www.mct.gov.az