Məscid Lerik rayonunun Livədirqə kəndi ərazisində yerləşir.
İbadətgahın tutumu 90 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır. Məscidin ön hissəsində taxtadan üç pəncərə və bir qapı var. İbadətgahın tavanı taxtadandır, damı isə şiferlə örtülüb.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.