Lerik rayonu Ləmərüd kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Ləmərüd kəndi ərazisində yerləşir. İbadət evi yerli ustalar tərəfindən tikilib.

Məscid mişar daşından inşa olunub. İbadət evinin tavanı ağacdandır. İbadətgahın dam örtüyü şiferdəndir və üzərində azan vermək üçün kvadrat günbəz var. Məscidin ön tərəfində taxtadan eyni ölçüdə iki pəncərə və bir qapı yerləşir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.