Məscid Lerik rayonunun Küsəkəran kəndi ərazisində yerləşir.
İbadətgahın tutumu 60 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır. İbadət evinin tavanı taxtadan, damı isə şiferdəndir. İbadətgahın ön tərəfində taxtadan göy rəngdə üç pəncərə və bir qapı var. Məscidin damında kvadrat günbəz yerləşir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.