Lerik rayonu Kirəvud kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Kirəvud kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 80 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır. Məscidin tavanı taxtadandır, damı isə şifer ilə örtülüb. İbadətgahın ön tərəfində taxtadan dörd pəncərə və bir qapı var. İbadət evinin giriş hissəsini yağışdan qorumaq üçün dəmir dirəklər üzərində dam artırılıb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.