Lerik rayonu Kıncıvo kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Kıncıvo kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 78 nəfər təşkil edir. İbadət evi mişar daşlarından tikilib. Məscidin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. İbadətgahın damında azan vermək üçün düzbucaq günbəz var. İbadət evinin ön tərəfində üç taxta pəncərə, arxa tərəfində isə bir giriş qapısı var. Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2018.