Lerik rayonu Kələxan kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Kələxan kəndi ərazisində yerləşir.

Məscidin tutumu 110 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formaya malikdir. İbadətgahın tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. Məscidin divarları mişar daşları ilə yerli ustalar tərəfindən hörülüb. İbadət evinin ön tərəfində tağvari formada iki qəhvəyi rəngli plastik pəncərə, yan tərəflərində də iki cüt plastik pəncərə mövcuddur. Məscidin bir giriş qapısı var. İbadətgahın damında günbəz yerləşir və onun üstündə dəmir aypara rəmzi quraşdırılıb.

Əvvəllər kənddə köhnə məscid olub, lakin sonradan ibadət evi yararsız hala düşmüşdür. Bu səbəbdən kənd ərazisində yeni məscid inşa olunmuşdur.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.