Lerik rayonu Hamarat kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Hamarat kəndi ərazisində yerləşir. İbadətgah 1901-ci ildə inşa edilib.

Məscidin tutumu 110 nəfər təşkil edir. İbadətgahın tavanı taxtadan, damı isə şiferdəndir. İbadət evinin ön tərəfində altı pəncərə var. Məscidin qapıları və pəncərələri taxtadandır. İbadətgahın giriş hissəsini yağışdan qorumaq üçün altı dəmir dirək üzərində dam tikilib.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.