Lerik rayonu Divağac kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Lerik rayonu Divağac kənd məscidiMəscid Lerik rayonunun Divağac kəndi ərazisində yerləşir.

İbadət evinin tutumu 80 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır, çay daşlarından yerli ustalar tərəfindən tikilib. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb. Məscidin ön tərəfi genişləndirilib və oraya altı plastik pəncərə quraşdırılıb. İbadətgahın daxili divarları göy rənglə boyanıb. Məscidin dixilində taxtadan dörd tağvarı pəncərə var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.