Lerik rayonu Davradibi kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Davardibi kəndində yerləşir.

İbadət evinin tutumu 40 nəfər təşkil edir. İbadətgahın tavanı taxtadandır, damı dəmir təbəqə örtülüb. Məscidin ön tərəfində iki pəncərə və bir giriş qapısı var. İbadətgahın, həmçinin yan tərəfində iki pəncərə yerləşir. İbadət evinin giriş qapısının üst hissəsini yağışdan qorumaq üçün dirəklər üzərində dam qurulub.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.