Məscid Lerik rayonunun Camaşair kəndində yerləşir. İbadətgah 2010-cu ildə Məşhədi Çingiz Mirzəmməd adlı şəxs tərəfindən inşa edilib.
Məsciddə eyni anda 200 nəfər ibadət edə bilər. İbadətgahın binası qırmızı kərpicdən tikilib. Damın örtüsü yaşıl təbəqə ilə işlənib. Məscidin minarəsi sol tərəfdə yerləşir və hündürlüyü 12 metr təşkil edir. İbadət evinin zalı pərdə ilə iki hissəyə: qadın və kişi zallarına bölünüb. Məscidin tavanı taxta ilə işlənib və üç sütun üzərində dayanıb.
Xanım Fatimeyi-Zəhra məscidi 2012-ci ildən dövlət qeydiyyatına alınıb.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı – 2020.
- http://www.dqdk.gov.az