Lerik rayonu Cənginəvüd kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Cənginəvüd kəndi ərazisində yerləşir. İbadətgah kənd sakinləri və yerli ustalar tərəfindən tikilib.

İbadət evinin tutumu 90 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən inşa edilib. İbadətgahın tavanı ağacdan, dam örtüyü isə şiferdəndir. İbadət evinin ön tərəfində taxtadan dörd plastik ağ rəngdə pəncərələr var. Məscidin sağ tərəfində isə taxtadan tağvari formada bir qapı və iki pəncərə yerləşir. Pəncərələr şəbəkəlidir.

Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. İbadət evinin minbər və mehrabı var. İbadətgahın pilləkənləri daşdandır və üçpilləlidir.

Cənginəvüd kəndində əvvəllər məscid olmayıb. Yerli sakinlər bu səbəbdən qonşu kəndlərdəki məscidlərə və digər ərazilərində yerləşən ziyarətgahlara üz tutublar. Bunu həll etmək üçün kənd camaatı burada məscidin tikilməsinə başlayıb.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.