Lerik rayonu Bürsülüm kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Bürsülüm kəndi ərazisində yerləşir. İbadət evi 2017-2018-ci illərdə kənd sakinlərinin şəxsi vəsaiti hesabına inşa edilib.

Məscidin tutumu 45 nəfər təşkil edir. İbadət evi qırmızı kərpicdən tikilib, dam örtüyü isə kirəmitdəndir. İbadətgahın tavanı taxtadandır və beş sütun üzərində dayanır. Məscidin fasadında iki tağlı qapı və beş pəncərə, sağ tərəfində isə bir qapı və iki pəncərə yerləşir. İbadət evi iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsində şəbistan var və oraya giriş sol tərəfdəndir. Məscidin minbər və mehrabı var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.