Lerik rayonu Brkandul kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Brkandul kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 40 nəfər təşkil edir. İbadət evinin divarları çöl tərəfdən yaşıl rənglə boyanıb. İbadətgahın ön tərəfində dörd pəncərə var. Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi.

Məhərrəm aylarında yerli əhali məsciddə İmam Hüseynə (ə.s) matəm məclisləri qurur və ehsanat verirlər.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.