Məscid Lerik rayonunun Bibiyani kəndində yerləşir.
İbadətgahın tutumu 136 nəfər təşkil edir. Məscid mişar daşından hörülüb. İbadət evinin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. Damda azan səsləndirmək üçün kvadrat günbəz yerləşir. İbadət evi iki otaqdan ibarətdir: kişi və qadın şöbələri.
Məscidin tağvari formada üç yaşıl taxta pəncərəsi var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.