Lerik rayonu Axunahiran kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Axunahiran kəndi ərazisində yerləşir.

İbadət evinin tutumu 45 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın damı şiferdəndir. İbadət evinin ön tərəfində taxtadan göy rəngdə iki pəncərə və bir giriş qapısı yerləşir. Məscidin damında azan vermək üçün kvadrat günbəz var.

İbadətgahda məhərrəm aylarında İmam Hüseyn (ə.s) tənziyyəsi qurulur.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.