Lerik rayonu Almu 2 kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lerik rayonunun Almu kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 90 nəfər təşkil edir. İbadət evi qırmızı kərpicdən tikilib. Məscidin ön tərəfində taxtadan göy rəngdə dörd pəncərə və iki qapı var. Məscidin tavanı taxtadan, damı isə şiferdəndir. Damda dairəvi formalı günbəz yerləşir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.