Məscid Lerik rayonunun Ərdəbilə kəndi ərazisində yerləşir. İbadətgah, həmçinin Ordəvülə məscidi kimi də tanınır.
Məscidin tutumu 50 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın tavanı taxtadan, damı isə şiferdəndir. Məscidin ön tərəfində taxtadan yaşıl rəngdə dördxanalı pəncərələr yerləşir. İbadət evinin giriş qapısı yan tərəfdədir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.