Məscid Lənkəran şəhərinin Azrıba məhəlləsində yerləşir. İbadət evi 1990-cı ildə tikilib. İbadətgah rayon sakini Əliyev Telman Ağami oğlunun təşəbbüsü ilə yerli ustalar Hacı Ağamirzə, Hacı Ataxan və Hacı Balamirzə tərəfindən inşa edilib.
Məscidin binası qırmızı kərpiclə hörülüb. İbadətgahın bir günbəzi və qoşa minarəsi var. Günbəzdə 12 pəncərə var. Minarələr Hacı Ağamirzə Mirzəyev tərəfindən ucaldılıb. Minarələrin hündürlüyü 25 metrdir və hər birinin şərəfəsinin altında iki dəfə “Allahu Əkbər” şüarı yazılıb.
Əbülfəzl Abbas Cümə məscidi 15 dekabr 2009-cu il tarixdə dövlət tərəfindən qeydiyyata alınıb.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.