Lənkəran rayonu Digah kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Lənkəran rayonunun Digah kəndinin mərkəzində yerləşən bu məscid XIX əsrdə tikilib.

Məscidin binası düzbucaq formadadır. İbadət evi kərpicdən tikilib və beş mişar daşın üzərində dayanıb. Damın və günbəzin inşasında qırmızı kiramitdən istifadə olunub. Günbəz dördguşəlidir və güldəstə formasındadır. Məscidin beş böyük, tağvari formada pəncərəsi və iki qapısı var. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir və əsas zaldan taxta şəbəkə ilə ayırılır.

Sovet dövründə məscid anbar kimi istifadə olunub. 1988-ci ibadətgahın fəaliyyəti yenidən bərpa olunub. 1993-cü ildə məscid təmir edilib, ətrafı isə abadlaşdırılıb.

Mənbələr:

  1. Aşqın Mistanlı: Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası. Bakı-2001.