Lənkəran şəhəri İmam Rza Kürə məhəllə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran şəhərinin Kürə adlanan ərazisində yerləşir. İbadət evi 1995-2000-ci illərdə inşa olunub. Məscid Məşədi Molla Səmədağa adlı şəxs tərəfindən tikilib. Yerləşdiyi əraziyə görə ibadətgaha, həmçinin Kürə məscidi də deyirlər.

Məscid iki hissəyə bölünüb: kişilər və qaınlar şöbələri. İbadət zalının minbəri üçpilləlidir və Kərbəlayı Emin Dadaşov adlı şəxs tərəfindən düzəldilib. İbadətgahın pəncərələri tağvari formadadır, damı isə dəmir üzlüklə örtülüb. Məscid minarəsiz inşa edilib.

Kürə məscidinin dini icması 2018-ci ilin noyabr ayının 29-u Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçirilib.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.