Məscid Lənkəran şəhərinin Qalayçılar məhəlləsində yerləşir. İbadətgah 1991-ci ildə inşa edilib. Yerli əhali arasında bu məscid Qalayçılar məscidi kimi də tanınır.
Bu məscid şiələrin üçüncü imamı və İslam Peyğəmbəri Məhəmmədin (s) nəvəsi İmam Hüseynin (ə.s) adı ilə bağlıdır.
İbadətgahın döşəməsi betondandır, tavanı isə taxtadandır. Minarənin uzunluğu 15 metrdir. Məscidin qapıları və pəncərələri taxtadan düzəldilib və tağvari formadadır. İbadət evinin ön tərəfindən iki giriş qapısı və iki pilləkənı var. Məscid kişilər və qadınlar şöbələrindən ibarətdir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.