Lənkəran rayou Yuxarı Nüvədi kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yerləşir. İbadətgah 1984-cü ildə inşa olunub. İbadət evi kənd camaatının vəsaiti hesabına tikilib. Həmçinin İmam Zaman Ağa məscidi kimi də tanınır.

Məscid düzbucaq formadadır. İbadət evinin divarları çay daşı və kərpicdən hörülüb. İbadətgahın iki qapısı və dörd pəncərəsi var. Pəncərələr və qapılar düzbucaqlı formadadır. İbadət evinin damı şiferlə örtülüb. Məscidin damında azan vermək üçün dördkünc minarə var.

Burada köhnə məscid də mövcud olub. Onun tikilmə tarixi XIX əsrə aiddir.

Yuxarı Nüvədi məscidi yerli əhəmiyyətli memarlıq abidəsidir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.