Lənkəran rayonunun Pir Yaqub ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunun Xanbulan kəndinin Elmi İdarə adlanan ərazisində yerləşir. Ocağın yaranma tarixi dəqiq məlum deyil.

Ocaq Yaqub adlı seyidin adı ilə bağlıdır. Deyilənə görə, Yaqub İslam dinini təbliğ etmək məqsədilə bu əraziyə gələrək, burada yaşamış və vəfat etmişdir. Ona olan inam və ehtirama görə, qəbri ziyarətgaha çevrilərək Pir Yaqub adlandırılmışdır. Pir Yaqub fars dilində “Yaqubun piri,” “Yaqubun ocağı” mənasını verir. Yerli sakinlərin sözlərinə görə, Pir Yaqub Biləsər kəndində adına ocaq olan, Bilalın (Pir Bilal) qardaşıdır. Kənd sakinlərinin şəxsi vəsaiti hesabına Yaqubun qəbri üzərində məqbərə inşa edilmişdir.

Ocağın qarşısında çoxillik  tarixə malik olan nəhəng palıd ağacı var. 1995-ci ildən kənd əhalisi ölülərini burada dəfn etdiyi üçün ziyarətgah ərazisində qəbiristanlıq salınmışdır.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2016.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.