Məscid Lənkəran rayonunun Zövlə kəndində yerləşir. İbadətgahın binası XIX əsrin sonlarında tikilib.
Məscid kərpicdən tikilib. Həyətyanı sahə daş hasara alınıb. İbadətgahın damı qırmızı kirəmitlə örtülüb. İbadət evinin tavanı taxtadandır. Minbər üçpilləlidir. Məscidin güldəstə formasında olan günbəzi dördguşəlidir və hər tərəfində gözlük (balaca pəncərə) var. Məscidin tağvari formada iki giriş qapısı və iki şəbəkəli pəncərəsi var.
1994-cü ildə məscid bərpa olunub.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://cenub.az