Ocaq Lənkəran rayonunun Digah kəndinin girəcəyində, qəbiristanlığın yaxınlığında, Mirağa Mirqubad oğlu Hüseynovun həyətyanı sahəsində yerləşir. Zeynəb Mirqubad qızının adı ilə bağlı olan ocaq 1950-ci illərinin əvvəllərində yaranıb.
Zeynəb təxminən 3-4 yaşlarında həyətlərindəki daşın yaxınlığında oynayarkən gözünə qadın görünüb. Həmin qadın Zeynəbə əski parçalarını yuyub daşın yaxınlığında olan ağaca sərməyini deyib. Bu hal bir neçə dəfə təkrarlanıb. Valdeynləri bunun səbəbini Zeynəbdən soruşduqda o, başına gələn əhvalatı onlara danışıb. Bundan sonra həmin yer ziyarətgaha çevrilib.
Ocaqda olan daş ziyarət olunur. Müqəddəs hesab olunan daş daş hasara alınıb.
Mənbə:
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.