Məscid Lənkəran rayonunun Vilvan kəndinin Mollaoba məhəlləsində yerləşir. İbadət evi 1992-ci ildə inşa olunub. İbadətgah kənd sakini Məşədi Bəhlulun və digər kənd sakinlərinin şəxsi vəsaiti hesabına tikilib. Məscid yerli ustalar Fərman Malıyev və Baloğlan Səfərov tərəfindən inşa edilib.
İbadət evi düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın tavanı taxtadandır və üç taxta sütun üzərində dayanıb. Məscidin damının örtüyü qırmızı kirəmitlə işlənib. İbadət evinin güldəstə formasında, dördguşəli günbəzi dəmir təbəqə ilə işlənib. Günbəzin üstündə aypara rəmzi qoyulub. İbadət zalında iki qapı və altı pəncərə var. Məscidin mehrabının üzərində ərəbcə rəngli yazı var.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.