Lənkəran rayonu Vilvan kənd məscidi 1

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Vilvan kəndində yerləşir. İbadətgah 1921-1922-ci ildə inşa edilib. İbadət evi yerli əhali tərəfindən tikilib.

Məscidin tikintisində Rusiyada yaşayan kənd sakinləri maddi yardım ediblər.

İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin iki giriş qapısı var.

İbadətgahın tavanı taxtadandır və üç taxta sütun üzərində dayanıb. Məscidin minbəri taxtadandır və üçpilləlidir. İbadət evi iki hissəyə bölünüb: kişilər və qadınlar şöbəsi.

1997-ci ildə ibadət evinin ön tərəfində Kərbəlayi Nəriman İbrahim oğlunun şəxsi vəsaiti ilə eyvan artırılıb.

Məscid sovet dövründə taxıl və sovxoz anbarı kimi istifadə olunub. İbadət evinin 1987-ci ildən fəaliyyəti bərpa olunub. 1990-cı ildə məsciddə təmir işləri aparılıb. Təmir işləri Məşədi Sabir başçılığı ilə yerli sakinlərin vəsaiti hesabına həyata keçirilib.

Əvvəllər ibadətgahın yerində köhnə məscid var idi və onun inşa tarixi 1848-ci ilə aid edilirdi. Yeni məscidin tikilməsinə səbəb isə, köhnə məscidin kiçik olması idi.

Lənkəran rayonu Vilvan kənd məscidi yerli əhəmmiyətli abidə hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.