Lənkəran rayonu Tütəpeştə kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Lənkəran rayonu Tütəpeştə kənd məscidiMəscid Lənkəran rayonunun Tütəpeştə kəndində yerləşir. İbadət evi 2008-ci ildə yerli sakinlərin şəxsi vəsaiti hesabına inşa edilib. Həmçinin ibadət evi “İmam Zaman ağa” məscidi kimi tanınır.

İbadətgah qırmızı kərpicdən tikilib. Məscidin tavanı taxtadan, damı isə şiferdən işlənib. İbadətgahın damını iki sütun üzərində dayanıb. İbadət evinin fasadında bir cüt qapısı və pəncərə, yan tərəfdə isə bir cüt pəncərəsi var.

İmam Zaman ağa məscidinin yerində köhnə bir məscid mövcud olub. “Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası”nda ibadət evinin inşa tarixi 1978-ci il, Aqşin Mistanlının “Cənub bölgəsinin abidələr ensiklopediyası”nda isə 1972-ci il kimi qeyd edilir. Köhnə məscid balaca olduğundan, onun yerində yeni məscid tikilib.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.