Lənkəran rayonu Sübh ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunun Digah kəndinin girəcəyində, kənd qəbiristanlığının yaxınlığında, Əzizağa Əhmədovun həyətyanı sahəsində yerləşir. Ocaq 1980-ci illərdə yaranıb.

Kənd sakini Həlimə Əhmədova həyətində cam (tas) tapır. O, həmin camı evin yuxarısına atır. Bir müddət sonra kənd sakini olan bir qadına yuxuda camın aşkarlandığı yerin ocaq olduğu bildirilir. Qadın gördüyü yuxunu Həlimə Əhmədovaya danışdıqdan sonra həmin yer ziyarətgaha çevrilir.

Ziyarətgah hesab olunan yerdə qədim tut ağacı, ələm və daş var. Həlimə Əhmədovanın dediyinə görə, ocaqda qoyulmuş daş bir neçə il bundan əvvəl oğurlanıb.

Mənbə:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.