Məscid Lənkəran rayonunun Siyablı kəndində, dağ ərazisində yerləşir. İbadətgah 2005-ci ildə inşa olunub. İbadət evi Qafarov Elman Salam oğlunun və Muradov Mubariz Əli oğlunun təşəbbüsü ilə tikilib.
İbadətgah mişar daşından inşa olunub. Məscidin tavanı taxtadandır və beş sütun üzərində dayanır. İbadətgahın fasadında tağvari formada iki qapı və beş pəncərə var. İbadət evinin sağ tərəfində isə bir qapı və iki pəncərə yerləşir. Məscidin pəncərələri şəbəkəlidir. Hər üç qapının qarşısında artırma var.
İbadətgah iki hissəyə ayrılır: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsində şəbistan yerləşir. Məscidin minbər və mehrabı var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.