Məscid Lənkəran rayonunun Şirinsu kəndində yerləşir. İbadət evi 1997-ci ildə inşa edilib. İbadətgah kənd camaatı tərəfindən tikilib.
Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın damı şiferlə örtülüb. Məscidin dördguşəli günbəzi ağ dəmir təbəqədəndir. Günbəz güldəstə formasındadır, üstündə isə ağ dəmir təbəqədən aypara və ulduz rəmzi qoyulub. Məscidin tavanı düzbucaqlı formadadır, iki boru sütun üzərində dayanır. İbadət evinin tağvari formada iki giriş qapısı və dörd pəncərəsi var.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.