Məscid Lənkəran rayonunun Şilim kəndi ərazisində yerləşir. İbadətgah 2014-cü ildə inşa edilib. İbadət evi kənd əhalisinin köməyi ilə yerli ustalar tərəfindən tikilib.
Kənddə əvvəllər məscid olmamışdır, yerli əhali isə məhərrəm aylarında ziyarət üçün yaxın qonşu kəndlərdə olan məscid, ocaq və ziyarətgahlara üz tutmuşdular. Məscidin tikilməsinə səbəb qış aylarında qonşu kəndlərə ziyarət və ya ibadət üçün getməyin çətin olması idi.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.