Ocaq Lənkəran rayonunun Girdəni kəndinin Leğə tük (Lığ bicarı) məhəlləsində yerləşir. Bura, həmçinin “Səyd Amanə ocəğ” və “Mir Amana” kimi də tanınır.
Bu ocağın sahibi öz dövrünün seyyidlərindən biri Mir Amana Nəsir qızıdır. O, girdənili Əhməd Hümmətovun ikinci həyat yoldaşı olub. Mir Amana Lənkəran rayonunun Göyşaban kəndindən idi, lakin sonralar Girdəni kəndi ərazisinə köçüb. O, vəfat etdikdən sonra Girdəni qəbiristanlığında dəfn edilib və məzarı ziyarətgaha çevrilib.
Son dövrlərə qədər Mir Amananın evi ziyarətgah kimi istifadə olunmuşdur. Lakin sonralar Mir Amananın qəbri üzərində 1990-cı illərdə kənd sakini və xeyriyyəçi Hacı Fatimə Səfər qızı Rəhmanovanın şəxsi vəsaiti hesabına məqbərə tikilmişdir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.