Lənkəran rayonu Seyyidə Şəfiqə ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunun Şağlakücə kəndi ərazisində, kənd məscidinin arxasındakı şəxsi evdə yerləşir. Bura, həmçinin “Səyd Şəfeğə ocəğ” və “Səydə kinə” kimi də tanınır.

Bu ocağın sahibi Şəfiqə Paşazadədir. Onun ata babası Lənkəran rayonunun Şağlaser və Cil kəndləri ərazisində yaşamışdılar. Deyilənə görə, onlar yeddinci İmam Museyi-Kazimin (ə.s) nəvələrindəndilər. Seyyidə Şəfiqə 2017-ci ildə dünyasını dəyişmişdir. Bu gün onun evi ocaq kimi ziyarət olunur. Məzarı Şağlakücə kənd qəbiristanlığındadır.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.