Lənkəran rayonu Şağlaser kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Şağlaser kəndində, Rəfail Ağayev küçəsində yerləşir.  İbadətgah 2006-cı ildə inşa olunub. İbadət evi kənd sakinlərinin vəsaiti hesabına tikilib.

Məscid eyni vaxtda 300 nəfər ibadət edə bilər. İbadətgahın bir günbəzi və iki minarəsi var. Minarələrin hündürlüyü təxminən 30 metrdir. Günbəz dairəvi formaya malikdir və üzərində doqquz pəncərəsi var. Məscidin digər ibadətgahlardan fərqi, onun orta hissəsində dirəklərin  olmasıdır. İbadətgah su, kanalizasiya və istilik sistemləri ilə təchiz edilmişdir.

2014-cü ildə kəndin xeyriyyəçi şəxslərinin vəsaiti hesabına məscidin həyətində mərasim evi inşa edilib.

İndiki məscidin yerində əvvəllər köhnə məscid olub. Köhnə məscidin inşa tarixi XIX əsrin sonlarına aid edilir. İbadət evi yerli əhali tərəfindən tikilmişdir. Rusiya imperiyasının hərbi dəftərxanalarındakı 1856-1870-ci illərə aid sənədlərdə bu məscid haqqında qeyd olunub. İbadətgah sovet dövründə gübrə anbarı kimi istifadə olunub. 1997-ci ildə kənd sakinlərinin vəsaiti hesabına məscid təmir olunub.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. https://kataloq.gomap.az
  4. http://zim.az/region