Lənkəran rayonu Səpnəkəran kənd məscidi 2

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Səpnəkəran kəndində yerləşir. İbadətgah 1983-cü ildə inşa edilib. Məscid kənd camaatının vəsaiti hesabına tikilib.

İbadət evi düzbucaqlı formadadır. Bu məscidin divarları çay daşları ilə hörülüb. İbadətgahın tavanı taxtadandır və iki sütun üzərində dayanıb. Məscidin bir giriş qapısı və üç pəncərəsi var. Səpnəkəran məscidinin giriş qapısının sol tərəfində yardımçı otaq yerləşir. Giriş qapısının önündə açıqşəkilli eyvan da inşa olunub. Eyvanın tavanı şiferdəndir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.