Lənkəran rayonu Səpnəkəran kənd məscidi 1

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Səpnəkəran kəndində yerləşir. İbadətgah 1872-1875-ci illərdə tikilib.

İbadət evi düzbucaqlı formaya malikdir və kərpicdən inşa olunub. İbadətgahın tavanı dörd taxta sütun üzərində dayanıb. Məscidin pəncərə və qapıları tağvari formadadır. Qadınlar şöbəsi iki mərtəbəlidir. İbadət evinin günbəzi güldəstə formasındadır, dördguşəlidir və üstü qırmızı kirəmitlə örtülüb.

Məscid sovet dövründə anbar və kitabxana kimi istifadə olunub. 1989-cu ildə ibadətgahın fəaliyyəti bərpa olunub.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.