Lənkəran rayonu Rvo kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Rvo kəndində yerləşir. İbadət evi 1906-cı ildə inşa edilib.

Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın damı qırmızı kirəmitlə örtülüb, tavanı isə taxtadandır. Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. İbadət evinin iki giriş qapısı və üç pəncərəsi var. Pəncərələr taxtadan düzəldilib və şəbəkələrlə işlənib. Məscidin minbəri üçpilləlidir və taxtadan düzəldilib. İbadətgahın eyvanı 1980-ci illərdə tikilib. Eyvanın damının örtüyü şiferdəndir.

Sovet dövründə məscid fəaliyyət göstərib.

Rvo kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Rvo kəndi ərazisində ilk məscid XVIII əsrin əvvəllərində, Hacı Şahmar adlı kənd sakininin evində tikilmişdir. Sonralar bu məscid yararsız hala düşmüşdür.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.