Məscid Lənkəran rayonunun Qurumba kəndində yerləşir. İbadət evi 2002-ci ildə inşa edilib. İbadətgah yerli ustalar Ağayar Muradov və Oruc Həsənov tərəfindən tikilib.
Məscid mişar daşından inşa olunub. İbadət evinin iki qapısı və altı pəncərəsi var. Məscidin damı dəmir təbəqə ilə örtülüb. Damında güldəstə formasında günbəz yerləşir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.