Məscid Lənkəran rayonunun Osaküçə kəndində, Veravul çayının yanında, kənd qəbiristanlığının əks tərəfində yerləşir. İbadət evinin tikintisində kənd camaatı iştirak edib.
İbadətgahın inşa tarixi dəqiq məlum deyil. Lakin bununla bağlı iki versiya mövcuddur. Bir versiyaya əsasən, məscid 1883-cü ildə tikilib və İmam Zaman məscidi kimi tanınırdi. Digər versiyaya görə isə, ibadətgahın inşa tarixi XX əsrə aiddir.
Osaküçə məscidi kərpicdəndir və düzbucaqlı formadadır. İbadət evinin damı qırmızı kirəmitlə işlənib və onun üstündə azan vermək üçün yer var. Məscidin dam örtüyü birinci dəfə 1961-ci, ikinci dəfə isə 1997-ci ildə dəyişdirilərək, yanmayan örtüklə əvəz olunmuşdur. İbadətgahın tavanı taxtadandır və üç taxta sütun üzərində dayanır.
Məscidin üçpilləli minbəri taxtadandır. İbadət zalında iki qapı və altı pəncərə var. İbadətgah iki hissədən: kişi və qadın şöbələrindən ibarətdir. İbadət evinin mərkəzində şəbistan yerləşir. İbadət evinin səkkiz plastik pəncərəsi var. Pəncərələrin dördünün üst hissəsi dairəvi formadadır. Məscidin taxtadan olan iki qapısı qəhvəyi rəngindədir.
Məscid 1997-ci və 2007-ci illərdə təmir olunub.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.