Lənkəran rayonu Narbağı kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Narbağı kəndi, dağlıq ərazidə yerləşir. İbadət evi 2005-ci ildə yerli sakinlərin və kənd ağsaqqalarının təşəbbüsü ilə inşa edilib.

Məscidin tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. İbadətgahın tavanı iki taxta sütun üzərində dayanır. Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsində şəbistan var və oraya sol tərəfdən giriş var. İbadət evinin tağvari formada qapı və pəncərələri var. Pəncərələr, həmçinin şəbəkəlidir.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.