Ziyarətgah Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində, Kəlbiobə məhəlləsində yerləşir. Ocaq Mirsəlim adlı seyyidin adı ilə bağlıdır.
Mirsəlim ağa və onun övladları qəsəbə qəbristanlığında dəfn olunmuşdular.
Ziyarətgahın ərazisində çox sayda şümşad ağacları var. Burada kiçik ev inşa edilib, ələm və teşt qoyulub.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.