Lənkəran rayonu Mir Saleh ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunun Kərgəlan kəndinin Tara məhəlləsində yerləşir. Ziyarətgah Mir Saleh adlı seyidin adı ilə bağlıdır.

Mir Saleh ağa şəcərə xətti ilə İmam Museyi-Kazimin nəslindən gəlir (ə.s). Mir Saleh ağanın ata-babası Lənkəranın Xarxatan kəndi ərazisində yaşamışlar. Seyid Salehin atası Mir Tağı ağa Xarxatan kəndindən Kərgəlan kəndinə köçmüş və elə indiki Mir Saleh ağa ocağının yerləşdiyi evdə yaşamışdır.

Mir Saleh ağanın atası Mir Tağı böyük hikmət və kəramət sahibi, müdrik el ağsaqqalı olmuşdur. Bu müqəddəs ocağın davamçısı olan və babasının adını daşıyan Məşədi Mir Saleh Mir Tağı oğlu Abdullayev 10 mart 1934-cü (1940) ildə Kərgəlan kəndində anadan olub. O, mömin və kəramətli seyidlərdən olduğu üçün insanlar ona inanmış, ona hörmət saxlamışdılar. Sovet dövründə Mir Saleh ağanın  yaşadığı ev ocaq kimi insanların inam yerinə çevrilmişdir. Mir Saleh ağa 16 aprel 2007-ci ildə vəfat edib. Ağanın vəsiyyətinə əsasən o, həyətində dəfn edilmişdir.

Seyidin məzarı üzərində övladlarının şəxsi vəsaiti hesabına məqbərə inşa edilmişdir.

2008-ci ildə Mir Saleh ağa ocağında xeyriyyəçilər tərəfindən kərpicdən türbə inşa edilmişdir.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2016.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.