Lənkəran rayonu Mir Salam ağa ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşir. Bu pir Mir Salam adlı seyidin adı ilə bağlıdır.

Abdullayev Mir Salam Mir Abbas oğlu 1930-cu ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. O, hələ uşaq ikən valideynləri Liman şəhərinə köçüb. Deyilənlərə görə, Mir Salam ağanın altı barmağı olub. O, nuraniliyi ilə insanlarda Allaha dərin bir hiss oyadıb. Mir Salam ağa 1984-cü ildə vəfat edib və Liman şəhərinin əsas qəbiristanlığında dəfn edilib. Ölümündən sonra onun məzarı ziyarətgaha çevrilib.

Xeyriyyəçi Vaqif Abbasov şəxsi vəsaiti hesabına ağanın qəbri üzərində məqbərə tikdirmişdir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.