Ocaq Lənkəran rayonunun Velədi kəndi ərazisində yerləşir. Ziyarətgahın sahibi Mir Sələmə Mir Cavad qızı Hüseynovadır.
Mir Sələmə Lənkəran rayonunun Velədi kəndində anadan olub. O, dövrünün tanınımış seyyidələrindən olmuş, öz nuru və cəddi ilə insanlara kömək edib. Mir Sələmə vəfat etdikdən sonra, onun qəbri ziyarətgaha çevrilib.
Mir Sələmə xanımın evində məhərrəm ayında təkiyyə qoyulur.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.